1360/8/8-جى گونش ایلینده آذربایجانین پارلاق شهری، "اورمیه" ده دوینایا گؤز آچمیشام. دوغولدوغوم ایلک گوندن ایندیهدک اورمودایام. دونیادا چوخلو آرزیلاریما ال تاپماسامدا ان آزی آنا دیلیمده یازماغی باجارمیشام. یازیلاریم گؤزل آذربایجانیمیزین مختلف نشریه لرینده چاپ اولورو. بودا منیم اوچون بیر فخر ساییلیر. یازماقدا هئچ زامان ادعام اولماییب، تکجه آنا دیلیمده یازدیغیما فخر ائتمیشم. تورکجهمیزده یازیب-اوخوماغیدا ائوده اؤیرنمیشم. کولتورل (فرهنگی) چالیشمالارا سونسوز علاقه واریمدی و اومود ائدیرم بیر گون کولتورل بیر ایشده چالیشام... یازیلاریم گونو-گوندن یاخشیلاشماسی اوچون سیزین دیرلی یوروملارینیزی گؤزلهییرم...
Tanrı,nın adıyla 1981də Urmu,da anadan olubdur. Bu şəhərdə boya başa çataraq eytim alıb. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Yazıları (öykü, folklor, şəkil , məqalə və ...) İran Azərbaycanını çeşitli qəzetə, dərgi v başqa türlü nəşriyələrində çap olub. Onlardan ,,Aftab Azərbayca, Şəhamət, Ağrı, Nəvid Azərbaycan, Həmşəhri, Bayram, Gülşən raz ...,, ad çəkmək olar. Bunralla yanaşı İnternet üzrə isə çeşitli bloqlar ilə sitelərdə isə yazıları yayılır. Hüseyn vahidi 2013-ün ilk aylarında ilk kitabı olan ,,Sevgi yolçuları,nı çapa yetiribdir. Urmulu Yazar indisə Hikayə yazmaqla məşğuldur. Onun yanında isə mətbuat ilə Sitelərdə yazılarını görmək olar